Komputerin günümüzdə faydası və zərəri






1.İnsan üçün kompüterin faydası nədən ibarətdir ?

  Kompyuter texnikası artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilib.  Şübhəsiz, günümüzdə kompyuterin ən böyük faydalarından biri qısa zaman içərisində kitablardan axtardığımız bilikləri buradan əldə edə bilməyimizdir.
        Kompyuter uşaq və gənclərin bünövrəsi qoyulmuş biliklərinin inkişafından əlavə problem və həlli yollarının inkişaf etdirilməsində faydalıdır.
        Kompyuter bacarığı günümüzün problemlərindəndir ki, yaxın zamanlarda kompyuter biliyi olmayan insanların cahil insanlardan heç bir fərqi olmayacaqdır. İnsanlar bir-biri ilə əlaqə yaratmağı, alış-veriş etməyi, kütləvi informasiya vasitələrindən məlumat və digər kompyuter biliyi olmayan heç bir insan bunlardan istifadə edə bilməyəcək.
        Hal-hazırda internet bir bilik kitabxanasıdır. Çünki internetdə axtarıb tapa bilməyəcəyimiz bir şey yoxdur. Ədəbiyyat, tarix, riyaziyyat, mədəniyyət, incəsənət bir sözlə, axtardığın hər şeyi internetdə əldə etmək mümkündür. Bu baxımdan da kompyuter və internet çox təsirli, asan və ucuz bir təlim vasitəsidir.
        İnternet vasitəsi ilə başqa-başqa ölkələrdə yaşayan insanlarla əlaqə yaradıb, onların mədəniyyəti, adət-ənənələri haqqında məlumat alıb öz ölkən haqqında onları məlumatlandırırsan.
        Kompyuter və internet vasitəsi ilə insanlar öz fikirlərini bildirir, müəyyən fıkir barədə mübahisə və müzakirələr edir, şair və yazıçılar şeir və məqalələrini yerləşdirir - bir sözlə, özlərini hər cür ifadə etmək imkanlarına malik olurlar.
          XXI əsr cəmiyyətin formalaşmasına təsir edən ən mühüm amillərdən biri olan informasiya-kommunikasiya texnologiyasının insanların həyatında rolu, getdikcə artmaqdadır.



2.Kompüterin zərərini  nədən ibarətdir ?  

İnformasiya texnologiyalarının həyatımızın bir parçasına çevrildiyi bir vaxtda onların insana vurduğu zərər də danılmazdır.
Uşaqların gələcək təhsil və inkişaflarında bu texnologiyanın çox vacib rol oynaması faktı ilə yanaşı, kompüterin sağlamlıq və psixoloji baxımdan mənfi təsirləri də var. 
Yeni texnologiyalar həyatımızın çox mühüm bir hissəsinə çevrilib və müasir cəmiyyətimizi onlarsız təsəvvür etmək mümkün deyil. 
Yadda saxlamaq lazımdır ki, istənilən faydalı şey normadan artıq olduqda zərərli bir şeyə çevrilir. 
Kompüterdə istənilən nəticənin alınması üçün müəyyən vaxt lazımdır. Bu da kompüterin arxasında çox vaxt keçirməyə səbəb olur. Təbii ki, kompüterin qarşısında çox oturmaq görmənin zəifləməsinə səbəb olur, daima qolların döş qəfəsinə sıxılması şəraitində oturmaq döş qəfəsinin hərəkətinin məhdudluğuna və nəticədə astma və digər tənəffüs yolları-ağ ciyər xəstəliklərinin yaranmasına gətirirb çıxarır. Kompüter istifadəçiləri müəyyən bir zamandan sonra bel, boyun, baş ağrısı, əldə gizildəmə, gözlərdə yaşarma, qızarma kimi problemlərlə üzləşirlər. 
İnformasiya texnologiyalarından istifadə insanlar arasındakı münasibətlərdə də soyuqluq yaradır. İnsanlar real ünsiyyətdən çox, virtual ünsiyyətə üstünlük verirlər. Qohumluq münasibətləri zəifləyir. ,
Təbii ki, hər bir şeydən öz qədərində istifadə etmək lazımdır. Kompüterdən də istifadə edərkən əvvəlcə sağlamlığımızı düşünməliyik. Hazırda ən böyük problemlərdən biri də insanları “kompüter asılılığı”ndan qurtarmaqdır. 












Комментарии

Популярные сообщения из этого блога

Kompüterin zərərini necə aradan qaldıra bilərik?